Krımın adı dəyişə bilər - Deputatdan açıqlama

22 Oktyabr, 2018 19:53 | Siyasət | Baxış sayı: 107
Krımda Rusiya bayrağı
Krımda Rusiya bayrağı

“Krım-tatar muxtariyyətiı” da səsləndirilən versiyalar sırasındadır

Ukrayna Ali Radasının deputatı Refat Çubarov Krım yarımadasının yenidən adlandırılması məsələsinin müzakirəsinə başlanıldığını bildirib.

İstiPress  “RİA Novosti”yə istinadən xəbər verir ki, Ukrayna konstitusiyasına dəyişiklik layihəsi əsasında Krım Muxtar  Respublikasının “statusu” haqqında layihə üzərində xüsusi işçi qrup çalışacaq. Millət vəkilinin sözlərinə görə layihəyə əsasən, Krım “Krım muxtariyyəti” adlandırılacaq.

Digər variantlar da istisna edilməyib. Belə ki, “Krım-tatar muxtariyyətiı” da səsləndirilən versiyalar sırasındadır.