Keçmiş prezident dolanışığından danışdı: "Anam kömək edir"

22 Oktyabr, 2018 11:49 | Siyasət | Baxış sayı: 123
Mixail Saakaşvili
Mixail Saakaşvili

O, anasının kifayət qədər yaxşı qazancı olduğunu deyib

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili Amsterdamkı həyatından danışıb. O, "1+1" kanalındakı "Ukrayna qalmaqalları" verilişinin qonağı olub. Jurnalistlər keçmiş siyasətçini Hollandiyada ziyarət ediblər. 40 dəqiqəlik verilişdə Saakaşvilinin Amsterdamda kirayə ev tutduğu, velosiped sürdüyü qeyd edilir. 

O, Avropadakı dolanışığından da danışıb. Keçmiş prezidentin sözlərinə görə, yerli kütlə üçün verdiyi mühazirələrdən qazandığı heç də hər zaman kifayət dərəcədə olmur. Bununla belə o iddia edib ki, ölkənin universitetlərində dediyi mühazirələrdən qubernator olduğu müddətdə qazandığından daha çox gəlir əldə edir.

Ona həyat yoldaşı və övladlarına baxmaq üçün kifayət qədər yaxşı qazanan anası da maddi yardım edir. "Anam özünə baxmaq, mənim də ailəmə kömək etmək üçün kifayət qədər yaxşı qazanır. Bəzən hələ mənə də bir az kömək edir". 

Keçmiş prezident və qubernatorun sözlərinə görə, Amsterdamda aylıq kommunal xəsrcləri 400 avroya kimi çıxır.

Saakaşvili veriliş zamanı Ukrayna üçün darıxdığını deyib və hər zaman üzərində gəzdirdiyi "doğma" pasportunu göstərib.