Ərdoğan Trampla danışdı və razılaşdı

22 Oktyabr, 2018 08:52 | Siyasət | Baxış sayı: 113
R.T.Ərdoğan
R.T.Ərdoğan

Münasibətləri gərgin olan iki ölkənin lideri arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp ilə danışıqlar aparıb. İstiPress-in məlumatına görə, iki lider arasında telefon danışığı olub. Əsas müzakirə mövzusu isə Səudiyyə Ərəbistanın Türkiyədəki konsulluğunda qətlə yetirilən jurnalist Camal Kaşıkçı olub.

Bundan başqa Ərdoğanla Tramp terrorla birgə mübarizə, Suriyadakı son hadisələr barədə fikir mübadiləsi aparıblar. 

Telefon danışığı zamanı liderlər bir neçə gün öncə Türkiyənin azad etdiyi amerikalı rahib Endyu Branson barədə də danışıblar. Onlar iki ölkə arasında münasibətlərin bütün sahələrdə normallaşdırılması və inkişaf etdirilməsi barədə razılaşıblar.