Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi - FOTO

22 Sentyabr, 2020 11:56 | Siyasət | Baxış sayı: 204
XİN
XİN

Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin keçmiş rəisi Pərvin Mirzəzadəyə yeni vəzifə verilib.

İstiPress-in məlumatına görə, bunu  XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. 

Onun sözlərinə görə, Xarici İşlər naziri Ceyhun Bayramovun əmri ilə P.Mirzəzadə xüsusi tapşırıqlar üzrə səfir təyin olunub.

Qeyd edək ki, Pərvin Mirzəzadə mərhum Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin oğludur.  

Pərvin Mirzəzadə
Pərvin Mirzəzadə