Azərbaycanlı Londonun meri olmağa namizəddir

22 Sentyabr, 2020 10:59 | Siyasət | Baxış sayı: 120
Kamran Balayev
Kamran Balayev

Azərbaycanlı Kamran Balayev (Kam Balayev) London meri postuna namizəddir.

İstiPress-in məlumatına görə, Böyük Britaniyada yaşayan və çalışan beynəlxalq səviyyəli vəkil K.Balayevin namizədliyi mərkəzçi “Renew” partiyasından irəli sürülüb.

Kamran Balayev, Kembric Universitetinin və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) məzunudur. Eyni zamanda BMT-nin bəyannamələri çərçivəsində insan haqlarının qorunması məsələləri ilə məşğul olan “Sərhədsiz Hüquqşünaslar” təşkilatının qurucusudur.

Qeyd edək ki, Londonda mer seçkiləri 2021-ci ildə keçiriləcək.