Makronun Paşinyana gizli Qarabağ vədi

22 Avqust, 2019 16:40 | Siyasət | Baxış sayı: 836
Makron və Paşinyan
Makron və Paşinyan

Gizli sövdələşmə İrəvan səfəri zamanı baş tutub

Erməni KİV-ləri baş nazir Nikol Paşiyanın Fransa prezidenti Emmanuel Makrona İstanbul konvensiyası ilə bağlı gizli vədlər verdiyindən yazır.

İstiPress-in məlumatına görə, məsələyə məqalə həsr etmiş "Qraparak" qəzeti yazır ki, iki lider arasında sövdələşmə İrəvan səfəri zamanı baş tutub.

Erməni ekspertlərinin fikrincə, konvensiya Ermənistanın ailə quruluşunu darmadağın edəcək, həmçinin orta cins anlayışını qəbul etdirəcək. Ermənilər qorxurlar ki, konvensiya həm də homoseksual ailələrin qeydiyyatına səbəb ola bilər. Buna görə, nə müxalifət, nə də iqtidar təmsilçiləri konvensiyanın leyhinə bir kəlmə də danışmırlar, hətta Serj Sarkisyan hakimiyyətini bu cür sənədə qol çəkdiyinə görə, sərt tənqid edirlər.

İstanbul konvensiyasına imza atmış ölkələr (göylər təsdiqləyib, qırmızılar yox)
İstanbul konvensiyasına imza atmış ölkələr (göylər təsdiqləyib, qırmızılar yox)

Lakin sənəd Fransanın priorietləri arasındadır və Paris ona qol çəkdikdən sonra ratifikasiya etməmiş bir neçə ölkəni də razı salmağı özünə borc bilir. Makron yəqin ki, bu sahədə qazandığı “uğurları” daxili siyasətdə istifadə etmək niyyətindədir.

Təbii ki, Fransa lideri göstərdiyi xidmət qarşısında Paşiyana müəyyən vədlər də verib. Ekspertlər bu vədlərin Qarabağ münaqişəsi ilə bağlı ola biləcəyini düşünürlər. Onları belə düşünməyə bu yaxınlarda Paris səfəri zamanı Vladimir Putinlə Makronun Qarabağ münaqişəsini də müzakirə etmələri olub. Yəni Qarbaldə Rusiyanın arasında ciddi problemlərin olduğu bir zamanda Qarabağ münaqişəsinin də müzakirəsi ciddi mətləblərdən xəbər verir.

Məsələ bundadır ki, sələfi Sarkisyan kimi Paşinyan da Rusiyanın Madrid prinsipləri çərçivəsində Qarabağ münaqişəsini həlli üzrə təklif etdiyi Lavrov variantı ilə razılaşmır. Həmin təkliflərə görə, Ermənistan  Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmaq əvəzinə yalnız Türkiyə və Azərbaycan tərəfindən sərhədlərin açılmasına nail ola bilər.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Amma Ermənistan bunun əvəzinə Dağlıq Qarabağ üçün status məsələsinin həllinə nail olmaq istəyir, əks halda  5 rayonun qaytarılması Ermənistana heç bir dividend vəd etmir. Amma Rusiya bu müzakirələri qeyri-müəyyən vaxta təxirə salmaq niyyətindədir ki, belə variant Ermənistan üçün Qarabağa olan bütün iddiaların puç olması demədir.

Təbii ki, bu cür həll varinatına razılaşsa, Paşinyan həm hakimiyyəti, ola bilər ki, həm də Ermənistanı tərk etməli olacaq. Çünki ultra millətçilər onu “vətənə xəyanatdə” günahlandıracaqlar. Buna görə də Paşinyan Rusiyanın “mərhəmətinə” nail olmaq üçün Makronu araçı salıb.