"Rusiyasız Qafqazda heç vaxt sülh və dinclik ola bilməz"
Rusiya Kommunist Partiyasının lideri, Dövlət Dumasının deputatı Gennadi Zyuqanov Cənubi Qafqaz respublikalarının Moskva ilə münasibətlərindən danışıb.
Rusiya kommunistlərinin lideri bildirib ki, Azərbaycanda da bir neçə dəfə olub və Bakının beynəlxalq siyasəti, daxili münasibətləri qurmaq üçün necə ağıllı üsul tapdığının şahidi olub.
“Onların malik olduqları həmin nəhəng neft-qaz ehtiyatları ölkənin bütün əhalisinə işləyir. Azərbaycan hakimiyyəti son illərdə çox işlər görüb və ona görə də onlara bundan sonra da uğurlar arzu edirik. Gürcüstanda isə təəsüf ki, bu gün Rusiya ilə münasibətlər qurmaqdansa Vaşinqtonun onlara necə yanaşacağını düşünürlər. Vaşinqtona qədər 7 min kilometr məsafə var, Rusiya isə yaxındadır. Və hamı xeyirxah qonşuluq yaratmalıdır, xüsusən də biz həmişə Qafqaz respublikalarına yaxşı və xeyirxah yanaşmışıq. Şəxsən mən özüm əlimdən gələni edirəm ki, ənəvi dostluq və qardaşlıq bağları bərpa olunsun”- Gennadi Zyuqanov deyib.
Dağlıq Qarbabağ münaqişəsinə gəldikdə kommunistlərin lideri hesab edir ki, Rusiyasız Qafqazda heç vaxt sülh və dinclik ola bilməz. Onun sözlərinə görə, yığışıb birlikdə elə həll yolu tapmaq lazımdır ki, hamını, bütün tərəfləri qane eləsin. “Və mənim fikrimcə belə həll yolu var. Bədbəxtlik ondadır ki, insanlar daha çox öz mənfəətləri haqda düşünür və həll yolu axtarmır”-Rusiya kommunistlərinin lideri bildirib.