Zelenski liderdir - seçkinin ilin nəticəsi

22 İyul, 2019 09:54 | Siyasət | Baxış sayı: 30
Zelenski
Zelenski

Ukrayna prezidentinin partiyası səslərin 42 faizindən çoxunu toplaya bilib

İyulun 21-də Ukrayna Ali Radasına keçirilən seçkinin ilkin nəticələri artıq bəllidir. Seçkilər ölkənin 199 dairəsində majoritar-proporsional sistem üzrə keçirilib.

Seçkilərdə 24 partiya və 3220 namizəd iştirak edib və 34 milyon seçici qeydiyyata alınıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prezident Vladimir Zelenskinin "Xalqın qulluqçusu" partiyası səslərin 42, 12 %-ni toplaya bilib. İlkin hesablamalara görə, Zelenski bu sayədə parlamentdə 225 yer əldə edə biləcək. Ali Radanın yeni tərkibinə 5 siyasi qüvvə daxil olacaq. 

İkinci yerdə müxatifət platforması "Həyat üçün" qərarlaşıb. Viktor Medveçuk, Yuriy Boyko və Vadim Rabinoviçin partiyası 12,69 faiz səs toplayıb. Keçmiş prezident Petro Poroşenkonun "Avropa həmrəyliyi" 8,7, keçmiş baş nazir Yuliya Timoşenkonun "Batkivşenko" partiyası  8,2, musiqiçi Svyatoslav Vakarçukanın "Səs" partiyası isə 6,4 faiz seçicinin səsini qazanıb. 

Qeyd edək ki, hələlik blütemlərin hamısı hesablanmayıb.