Türkmənbaşının ölüm xəbəri yayıldı

22 İyul, 2019 08:30 | Siyasət | Baxış sayı: 173
Qurbanqulu Berdimuhammedov
Qurbanqulu Berdimuhammedov

Berdımuhammədovun iki gün qabaq öldüyü deyilsə də...

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammədovun ölüm xəbəri yayılıb. Bu barədə politoloq və "Qovorit Moskva" radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev yerli mənbəyə istinadən xəbər verib. O bu barədə türkmən iş adamlarından xəbər tutduğunu bildirib. Onların sözlərinə görə, xüsusi xidmət orqanlarında işləyən şəxslər hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər. Berdımuhammədov iyulun 15-də məzuniyyətə çıxıb.

Yerli müxalifət qurumlarından birinin "Youtube" kanalı prezidentin iyulun 20-də öldüyünü xəbər verib.

Ölüm xəbəri yayaıldıqdan sonra rəsmi dairələrdən nə təkzib. nə də təsdiq barədə məlumat yayaılıb. Lakin qısa müddət sonra ölüm xəbəri yayılan Türkmənistan prezidenti Qurbanqulı Berdimuhammədov Səhiyyə və tibb səneyesi işçiləri günü münasibəti ilə ölkənin tibb işçilərini təbrik edib. O, öz təbrik məktubunda ölkə səhiyyəsində qazanılan uğurları qeyd edib.

Türkmənistanın Rusiyadakı səfirliyi ölkə prezidenti Qurbanqulı Berdimuhammədovun ölümü ilə bağlı yayaılan xəbərləri təkzib edib.