Türkiyədən ABŞ-a cavab: "Əgər bizə F-35 verməsələr..."

22 İyul, 2019 15:47 | Siyasət | Baxış sayı: 442
F-35 qırıcıları
F-35 qırıcıları

XİN başçısı ABŞ sanksiyalarını cavabsız qoymayacaqlarını açıqlayıb

"Türkiyənin özü istehsala başlayana qədər ehtiyaclarını başqa ölkələrdən ödəmək ən təbii haqqıdır". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O, ABŞ-ın ölkəsinin "F-35" proqramından çıxarılması və ABŞ-ın yeni nəsil qırıcılarını satmayacağı halda nə edəcəklərini açıqlayıb. 

Nazir bildirib ki, Türkiyə özünün müdafiə sənayesinə böyük önəm verir və hazırda ehtiyaclarının 70 faizini qarşılamaq qüvvəsindədir. "Atak" helikopterlərini, "Altay" tanklarını nümunə göstərən nazir qeyd edib ki, artıq ixraca da başlayıblar. 

"F-35 yeni texnologiya ilə istehsal edilən qırıcıdır. Bunun üçün də bir layihəyə ortaq olduq. 1,4 milyard pul ödəmişik. Yəni otraq olduğumuz bir məhsulu almaq bizim haqqımızdır. Ancaq deyək ki, hər şey pis getdi və "F-35"i bizə vermədilər. O zaman S-400 üçün necə axtarışa başlayıb, Rusiya ilə razılaşdıqsa, Türkiyənin özü istehsala başlayana qədər ehtiyaclarını başqa ölkələrdən ödəmək ən təbii haqqıdır. Hər şeydən öncə müstəqil və azad bir ölkənin atması gərəkən addımları yeri gəldiyində Türkiyə də atıb və atacaq". 

XİN başçısı sanksiyalardan da danışıb. O deyib ki, əgər sanksiyalar olarsa onda Türkiyənin də ABŞ-a verəcəyi cavabı var. Amma bunu itəmərik. Biz ABŞ-la münasibətlərimizi daha sağlam, NATO-nun iki müttəfiqi kimi davam etdirmək istəyərdik".