Rusiyanın silah nəhəngindən ABŞ-ı hiddətləndirəcək açıqlama

22 İyul, 2019 16:44 | Siyasət | Baxış sayı: 320
S-400
S-400

"Kompleksin müəyyən hissələri Türkiyədə istehsal edilə bilər"

Rusiya Türkiyə-ABŞ arasında ciddi gərginliyə səbəb olan "S-400"kompleksi ilə bağlı daha bir açıqlama verib. "S-400"ün müəyyən hissələri Türkiyədə istehsal edilə bilər". ABŞ-ı hiddətləndirə biləcək bu açıqlamanı "Rostex” Dövlət Şirkətinin direktoru Sergey Çemezov verib. Onun sözlərinə görə, bu məqsədlə artıq Ankara ilə Moskva arasında danışıqlar da başlayıb. 

"Türkiyə "Rostex" və Rusiyanın əsas ortaqlarından biridir. İki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq müsbət yöndə irəliləyir. Türkiyə ilə tekniki baxımdan başda hava qurğuları olmaqla, helikopter istehsalı və enerji sahəsində işbirliyini genişləndirməyə hazırıq". 

Onun sözlərinə görə, Rusiya ilə Türkiyə müxtəlif ortaq layihələr hazırlayıblar. Onların arasında inkişaf etmiş təyyarə və helikopter sistemləri, zirehli maşın hissələri və təmin edilən silahların satışdan sonra xidmətləri də yer alır. Bundan başqa Türkiyə Rusiyanın hava sistemləri və tank sistemləri ilə də maraqlanır.