İran 17 CİA casusunu tutdu

22 İyul, 2019 12:02 | Siyasət | Baxış sayı: 110
İran bayrağı
İran bayrağı

Onların bəziləri barəsində ölüm hökmü verilib

İran casusluqda şübhəli bilinən 17 nəfəri həbs edib. Bu barədə yerli mətbuat məlumat yayıb. KİV İranın İnformasiya və Milli Təhlükəsizlik Nazirliyinə istinadən məlumat verib.

Agentliyin yazdığına görə, həbs olunanlar ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) çalışıb.  "Fars" agentliyinin məlumatına görə, casuslar CIA tərəfindən təlim keçdikdən sonra İranın strateji mərkəzlərinə sızdırılıblar. 

Məlumata görə, onların bəziləri barəsində ölüm hökmü çıxarılıb.