Putin Gürcüstana uçuşları dayandırdı - turistlər geri qaytarılır

22 İyun, 2019 10:26 | Siyasət | Baxış sayı: 178
Təyyarə
Təyyarə

Qadağanın müvəqqəti xarakter daşıdığı bildirilib

Gürcüstandakı qarışıqlıqdan sonra Rusiya prezidenti Vladimir Putin fərmanlar imzalayıb.

İstiPress-in məlumatına görə, prezident Nazirlər Kabinetinə göstəriş verib ki, Gürcüstandakı bütün Rusiya vətəndaşları ölkəyə qaytarılsın.

Putinin digər fərmanına görə isə, iyulun 8-dən etibarən Rusiya aviaşirkətlərinə Gürcüstana vətəndaşları daşımaq qadağan edilib. Qadağanın müvəqqəti xarakter daşıdığı bildirilib.