Sarkisyanın mühafizə rəisindən 1,5 milyon dollar götürüldü

22 İyun, 2018 10:34 | Siyasət | Baxış sayı: 82
Vaçaqan Kazaryan
Vaçaqan Kazaryan

Ermənistan İstintaq Komitəsi Serj Sarkisyanın mühafizəsinin rəhbəri Vaçaqan Kazaryana (“Vaço”) məxsus olan, Yerevanın mərkəzində yerləşən “Yans” restoran kompleksində aparılmış yoxlamalar barədə hesabat verib.

İstiPress-in "hetq.am"məlumatına görə, burada hesabatlarda qeydə alınmamış 1 milyon 441 min dollar  həcmində, konkret olaraq 1 milyon 100 min 400 dollar, 230 min 500 avro, 36 milyon dram nağd pul aşkarlanıb.  

“Yans” restoranı rəsmən Vaçaqan Kazaryanın arvadı Ruzanna Bəyləryana məxsus olub.