Paşinyan həm qorxur, həm də qorxudur

22 İyun, 2018 11:17 | Siyasət | Baxış sayı: 375
Nikol Paşinyan yolkəsən rolunda
Nikol Paşinyan yolkəsən rolunda

Yeni baş nazirin ən yeni açıqlaması

Bu gün Nikol Paşinyan təbriklər qəbul edir.

Baş nazirin əleyhinə əvvəlki rejim tərəfindən qaldırılmış cinayət işi dayandırılıb. Yəni necə çıxır - Ermənistanın birinci adamı və həm də cinayətkardır.

Dünən axşam məlum olub ki, cinayət tərkibi olmadığından  sadiq müstəntiqlər cinayət işinin dayandarılması ilə bağlı elan ediblər. Nəqliyyatın, hava limanının, dəmir yollarının, İrəvan prospekt və küçələrinin bağlanması və Ermənistan iqtisadiyyatın milyonlarla zərər vurulması hesabdan deyil.

Nikol Paşinyan da borclu qalmadı. O, polislə erməni xalqının tarixi barışığından bəhs edib. Onun sözlərindən belə çıxır ki, elə bu gündən Ermənistan polisi və sakinləri qan qardaşıdır. Bu məntiqlə, qardaş qardaşı necə həbs edə bilər? Yəni erməni işi deyil.

Ancaq Paşiyan belə anlayıb ki, çox ağını çıxarıb  və buna görə sərt ritorikaya keçib. «Qoy heç kim şübhə etməsin ki, polis qoşunları lazım olanda öz işini ən sərt şəkildə uğurla yerinə yetirəcək».

Bəs onda tarixi qardaşlıq nəyə lazımdır? Bax, buna Paşinyan dəqiq cavab verə bilməyib. Onun başına bu, tez-tez gəlir. Yerli ekspertlər belə hesab edir ki, bu gəvəzə baş nazir bir cür düşünür, başqa cür danışır.