Azərbaycan səfirinin oğlu həbs edildi

22 İyun, 2018 15:57 | Siyasət | Baxış sayı: 480
Qüdsi Osmanov
Qüdsi Osmanov

Vyanadan gələn Emili yolda tutublar

Belarus Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarənin əməkdaşları Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun oğlu Emil Osmanovu həbs ediblər.

İstiPress-in məlumatına görə,  fontanka.ru portalı məlumat yayıb ki, iyunun 22-də Emil Osmanov Vyanadan Minskə gəlib və burada onu “Toyota Camry” avtomobilində şəxsi sürücüsü gözləyib. İdarənin əməkdaşları avtomobili operativ qaydada müşayiət ediblər. Rusiya ilə sərhədi keçərkən gənc iş adamı saxlanılıb və konvoy onu Sankt-Peterburqa gətirib.

İstintaqda olan məlumata görə, 27 yaşlı Emil Osmanov pul vəsaitlərinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır.

Rusiya Cinayət Məcəlləsinin 172-ci (“Qanunsuz bank fəaliyyəti”) maddəsi üzrə cinayət işi Peterburqun Tsentralnı rayonunun polis idarəsi tərəfindən 2018-ci ilin may ayında başlanıb.

Virtualaz.org xəbər verir ki, Emil Osmanov Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun  ilk nikahından olan oğludur.