Prezident Umayra Tağıyevanı təltif etdi

22 May, 2020 15:29 | Siyasət | Baxış sayı: 224
Umayra Tağıyeva
Umayra Tağıyeva

İlham Əliyev sərəncam imzalayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

İstiPress-in məlumatına göə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə bu ordenə layiq görülüb.

Qeyd edək ki, U.Tağıyeva 1990-cı ildən hidrometeorologiya sahəsində çalışır.