Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu

22 May, 2020 13:36 | Siyasət | Baxış sayı: 270

2011-ci ildən nazir müavinidir

Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb. 

İstiPress-in məlumatına görə, nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavin Vaqif Əliyev icra edir.

O, 2011-ci ilin fevralın 18-də Mədəniyyət və Turizm nazirinin müavini təyin olunub. V.Əliyev 2018-ci ilin mayın 18-dən Mədəniyyət nazirinin birinci müavini vəzifəsini tutur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.