Jirinovski Leninin mumiyasını satmağı təklif etdi - FOTO

22 May, 2020 11:28 | Siyasət | Baxış sayı: 71
Vladimir Jirinovski
Vladimir Jirinovski

"Lenin 96 il əvvəl mumiyalaşdırılıb və yaxşı vəziyyətdədir”

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovksi Vladimir Leninin nəşini satmaq təklifini irəli sürüb.

İstiPress-in məlumatına görə, siyasətçi bu barədə  sosial şəbəkə hesabı “Twitter”da yazıb.

Belə ki, V.Jirinovski hesab edir ki, dünya proletariatının liderinin nəşi büdcəyə vəsait qazandıra bilər.

“Fransada biznesmen “Cokonda”nın rəsmini satmaq istəyir. Biz Leninin mumiyasını sata bilərik. Alıcılar tapılacaq -  Çin, Vyetnam və ya hansısa bir kommunist. Lenin 96 il əvvəl mumiyalaşdırılıb və yaxşı vəziyyətdədir” deyə bildirib.