Bir sıra dövlət başçıları Azərbaycan Prezidentini təbrik ediblər

22 May, 2020 10:24 | Siyasət | Baxış sayı: 23
İlham Əliyev - Azərbaycan Prezidenti
İlham Əliyev - Azərbaycan Prezidenti

Bir sıra dövlət başçıları Azərbaycan Prezidenti İlham Əliyevi təbrik ediblər. 

IstiPressin-in məlumatına görə, təbriklər Respublika Günü münasibəti ilə ünvanlanıb.

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb, məktubda deyilir:

"Hörmətli cənab Prezident. Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi, Azərbaycana və onun xalqına ürəkdən gələn rifah və inkişaf arzularımı qəbul etməyinizi xahiş edirəm.

Mən bu əlamətdar gündə Bolqarıstan Respublikasının Azərbaycan Respublikası ilə strateji əməkdaşlıq əlaqələrinin inkişafını davam etdirmək niyyətini bir daha təsdiqləyirəm.

Xalqlarımızın dostluq əlaqələri ölkələrimiz arasındakı əməkdaşlığın təməl hissəsidir. Mən qəti əminəm ki, bizim əməkdaşlığımız inkişaf tempi ilə davam edəcəkdir və bu gün rastlaşdığımız qlobal pandemiya şəraitinin ortaya çıxardığı çətinliklərin öhdəsindən gəlməkdə əsas olacaqdır.

Hörmətli cənab Prezident, ən dərin ehtiramımı qəbul edin".

Çex Respublikasının Prezidenti Miloş Zeman da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib,  məktubda deyilir:

"Zati-aliləri. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram.

Çex Respublikası və Azərbaycan Respublikası arasındakı möhtəşəm əlaqələri yüksək qiymətləndirirəm. İnanıram ki, Sizin tezliklə Çex Respublikasına səfəriniz olacaq və bu səfər bütün sahələrdə əməkdaşlığımızın gələcək inkişafına töhfə verəcək.

Zati-aliləri, Sizə uğurlar və xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram".

Monteneqronun Prezidenti Milo Cukanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Monteneqro xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizin tərəqqisi və dost Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırıram.

Monteneqro və Azərbaycanın COVID-19 pandemiyasının yaratdığı çətin zamanlarda çox sıx və zəngin əlaqələrinə ehtiramla yanaşması dostluq və həmrəyliyimizi təsdiq etdi. Bu fürsətdən istifadə edib Zati-alinizə dövlətinizin, bizim azərbaycanlı tərəfdaşlarımızın və dostlarımızın Monteneqronu mühüm ianələrlə və qoruyucu tibbi ləvazimatlarla təmin etmələrinə görə təşəkkür edirik. Mübarizəmizin ən həssas zamanında bu kömək vətəndaşlarımızın sağlamlığı və həyatlarını qorumaq üçün xüsusi əhəmiyyətə malik idi. Bu ölkələrimizin davamlı dostluğunun növbəti təsdiqi idi. Monteneqro bu dostluğu yüksək dəyərləndirir və bunu hər zaman xatırlayacaq. Eyni zamanda, ölkənizin əzmli səylərlə və səmərəli tədbirlərlə koronavirus pandemiyasının yayılmasının qarşısını almaq istiqamətində gördüyü işlər təqdirəlayiqdir.

Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".