Paşinyan Qarabağdan nə istəyir?

22 May, 2019 12:02 | Siyasət | Baxış sayı: 95
Ermənistanda etiraz aksiyası
Ermənistanda etiraz aksiyası

Baş nazirin dünyanı aldatmaq üçün qurduğu plan, yoxsa...

Ermənistanda Qarabağa görə gərginlik artır. Məxməri inqilab və Paşinyannın hakimiyyəti ələ keçirməsindən sonra Ermənistnda siyasi mübarizə hələ də davam edir. Amma əsas nonsens yeni hakimiyyətin heç kimin tanımadığı separatçı rejimdə inqilab təhdidir. Paşinyan ona sərf etməyən şəxsləri aradan götürmək niyyətindədir. 

Nə üçün ermənilər Qarabağda inqilabdan danışmağa başlayıblar? Görünür ki, burada keçmiş prezidentlər Serj Sarkisyan və Robert Koçaryanın başçılığı ilə Qarabağ klanı rahat məskunlaşıb, özünü yaxşı hiss edir. Onların hər ikisi Qarabağdandırlar və Ermənistan silahlı qüvvələrini bu dağlıq bölgəyə çağıran əsas səbəbkarlarıdırlar.

Qeyd edək ki, həm Ermənistan, həm də qondarma Qarabağda hakimiyyətin ələ keçirilməsinə dünya ictimaiyyəti tərəfindən biganə yanaşılıb. Bundan başqa separatçıların rəhbərliyi həbsxanada olan keçmiş erməni prezidentini fəal şəkildə dəstəkləməyə, hətta ona görə zamin də ödəməyə razılaşıblar.

Erməni politoloq Safaryan "Sputnik"ə bildirib ki, qarabağlıların fəaliyyəti Paşinyanın özü ilə razılaşdırılıb. “Əks halda məhkəmə iclası onları dinləmək məqsədi ilə uzatmazdı. Aydın olur ki, Koçaryanın azad edilməsi planlaşdırılıb, amma razılaşdırılmayıb”. Politoloq qeyd edib ki, keçmiş prezidentə qaldırılan cinayət işi yaxşı əsaslandırlmayıb. O illərlə davam edə bilərdi. Bu isə paşinyanın özünün imicinə təsir edə bilər.

Baş nazirin Koçaryana mərhəmətinin ikinci səbəbi isə məhkəmə sistemi ətrafında səs-küy salmaqla bağlıdır. Paşinyan nə etdi? Öz tərəfdarlarını bütün məhkəmələ sisemini blokadaya almağa səslədi. Bundan başqa Paşinyan hesab edir ki, Qarabağın özünə də “cərrahi müdfaxilə” lazımdır. O, deyir “əgər bəzi qüvvələr Qarabağı əks inqilab mərkəzinə çevirmək istəsə biz orada inqilab edəcəyik”.

Bu hekayədə ən əsası odur ki, bənzər hədələr və təhdidilərin Bakı ilə İrəvan arasında danışıqlara da təsir edə biləcəyidir. Erməni politoloq Manvel Sarkisyan “Sputnik"ə müsahibəsində bildirib ki, erməni cəmiyyətində bu günə kimi Qarabağ münaqişəsinin həlli ssenarisi ilə bağlı vahid fikir yoxdur. Bəziləri torpaqları verməməyin, digərləri ilə kompromisin vacibliyindən danışırlar. “Biz hər şeyi şübhə altına almağa adət etmişik. Bunun üçün də sağlam ağılla kənar müdaxilələri də qəbul edirik. Bu isə çox pisdir".

Bu gün doğurdanda Ermənistan sağlam düşüncə çatışmır. Əks halda eErmənilər özləri bir-birlərini məhv etməyə başlayacaqlar. Bakıda isə bu davanın finalını ətirli çaydan içərək gözləyəcək.