ABŞ-dan Türkiyəyə ultimatum

22 May, 2019 08:58 | Siyasət | Baxış sayı: 146
S-400
S-400

S-400 kompleksinə görə 2 həftə vaxt verildi

ABŞ hökuməti Türkiyəyə iki həftə vaxt verib. Bu zaman kəsimində Türkiyə Rusiya "S-400" zenit-raket komplekslərindən imtina etməlidir. Bu barədə öz mənbələrinə istinadən CNBC telekanalı məlumat yayıb.

Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35"proqramından çıxaracaq.

Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etmək ilə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər.

Xatırladaq ki, Türkiyənin S-400 alması ABŞ-la yanaşı NATO-nun da kəskin etirazına səbəb olub. Amerika ilə alyans bu alış-verişdən çəkindirmək üçün bütün yollara əl atıblar. Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildirib ki, Türkiyə geri addım atmaq niyyətində deyil. Məlumata görə, adıçəkilən kompleksin ilk təhvil-təslimi bu ilin iyun ayında olmalıdır.