Azərbaycanın ən yaxın qonşusundan ABŞ-a ultimatum:"Siz kimsiz?"

22 May, 2018 09:35 | Siyasət | Baxış sayı: 280
İran bayrağı
İran bayrağı

Ruhani ABŞ-ın cavabını verdi

"O dövr qapandı. Siz kimsiz?". İstiPress-in məlumatına görə, İran prezidenti Həsən Ruhani ABŞ-ın cavabaını bu sözlərlə verib. Prezident ABŞ dövlət katibi Mayk Pompeonun ölkəsinin İran siyasəti və yeni sanksiyalar haqqında açıqlamasını şərh edib və kəskin reaksiya verib.

Paytaxt Tehranda çıxış edən Ruhani bu gün ABŞ-ın dünya haqqında qərar verməsinin qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, Amerika təzyiqlə öz qərarlarını tədbiq etmək istəyir, lakin ölkələr müstəqildirlər və bu halı qəbul etmirlər. "O zamanlar keçdi. Dünənə kimi casusluq mərkəzində işləyən adam bu gün dövlət katibi olub, nə edilməsi gərəkdiyinə qərar verir. Siz kim olursunuz ki, İran və dünya haqqında qərar verirsiniz". 

Dövlət başçısı tutduqları mövqedən dönmək niyyətində olmadıqlarını da açıqlayıb. 

Xatırladaq ki, M.Pompeo ABŞ-ın İrandan tələblərini əks etdirən 12 maddəlik siyah açıqlayıb. O, İrana qarşı bənzəri görülməyən maliyyə təzyiqi və tariixn ən güclü sanksiyalarını tədbiq edəcəkləri ilə hədələyib. Dövlət katibi Tehran hakimiyyətinin öz mövqeyindən dönməyəcəyi halda ölkə iqtisadiyyatını canlı saxlamaq uğrunda savaş verməli olacağını bildirib. 

Mayın 8-də ABŞ prezidenti Donald Tramp İran ilə üç il öncə əldə edilən nüvə sazişindən çıxdıqlarını elan edib. 

Mayk Pompeo
Mayk Pompeo