Ukraynada Saakaşviliyə yeni vəzifə təklif edildi

22 Aprel, 2020 17:03 | Siyasət | Baxış sayı: 152
Mixail Saakaşvili
Mixail Saakaşvili

Sabiq prezident öz proqramını da hazırladı

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq başçısı Mixail Saakaşviliyə baş nazirin müavini vəzifəsini təklif edib. Bu barədə Saakaşvili özü məlumat verib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski şəxsən  ondan islahatlar üzrə baş nazirin müavini kimi çalışmasını istəyib. 

Saakaşvili təklifi müsbət dəyərləndirdiyini qeyd edib. Sabiq prezident bildirib ki, yaxın günlərdə Ali Radaya özünün antiböhran proqramını təqdim edəcək.