Matəmdə olan Şri-Lankada daha bir şok

22 Aprel, 2019 14:14 | Siyasət | Baxış sayı: 126
Şri-Lanka
Şri-Lanka

87 bomba tapıldı

Silsilə terror dalğası ilə sarsılan Şril-Lankada daha bir şokedici hadisə yaşanıb. Paytaxt Kolomboda 87 ədəd partlayıcı qurğu aşkar edilib. partlayıcılar şəhərdəki avtobus dayanacaqlarından birində olub. 

Bundan öncə də güc sturukturları hava limanı yaxınlığında işə düşməmiş bombanı taparaq zərərsizləşdirə bilmişdilər. 

Xatırladaq ki, ötən gün Şri-Lankada bir-birinin ardınca 8 partlayış törədilib. Nəticədə 290 nəfər həlak olub. Onların arasında bu ekzotik ölkədə dincəlmək üçün gələn xaricilər də olub. Terror nəticəsində 500-ə yaxın insan da yaralanıb.