Gürcüstanda toqquşma, yaralılar var

22 Aprel, 2019 10:50 | Siyasət | Baxış sayı: 68
Gürcüstan polisi
Gürcüstan polisi

Pankis dərəsində HES tikintisinə etiraz edilir

Gürcüstanın Pankis dərəsində qarşıdurmalar baş verib. Hadisə yerli sakinlər - adıçəkilən ərazidə yaşayan çeçenlər ilə güc sturukturları arasında qeydə alınıb. Sakinlər Gürcüstanda hidroelektrostansiyanın (HES) tikintisinə etiraz edirlər. 

Məlumata görə, toqquqşma nəticəsində 27 nəfər yaralanıb. Onların arasında 15 nəfər xüsusi təyinatlı da var.  

Ölkə prezidenti Salome Zurabişvili münaqişənin həllində yaxından iştiraka hazır olduğunu bildirib.