Ermənistanı məhv etməyə hazırlaşan yeni qüvvə

22 Aprel, 2019 16:52 | Siyasət | Baxış sayı: 1295
Nikol Paşinyan köhnə komandanın təmsilçiləri arasında
Nikol Paşinyan köhnə komandanın təmsilçiləri arasında

Ermni ekspertlər yeni düşmənin daha təhlükəli olduğunu vurğulayır

Narıncı inqilab nəticəsində Ermənistanda hakimiyyətə gəlmiş yeni qüvvələr heç də əvvəlkilərdən fərqlənmirlər və dövlət vəsaitlərini daha acgözlüklə mənimsməyə başlayıblar.

İstiPress-in məlumatına görə, bu barədə erməni jürnalist Tiqran Petrosyan Almaniyada dərc olunan “Die Zeit” nəşrinə yazdığı məqaləsində bildirib.

Hüquq müdapfiəçisi Zara Hovannisyanın fikirlərinə yer verən müəllif səfalət içində olan ölkənin yeni hökumət təmsilçilərinin dövlət vəsaitlərini mənimsəməsi barədə faktları ortaya qoyur.  Hovannisyanın açıqladığı faktlardan aydın olur ki, İrəvanın yeni meri öz əməkdaşlarına Yeni il şənliyi üçün mükafat şəklində 970 min dollar vəsait paylayıb, yəni meriyada 50 nəfər işçi olsa, bu, adambaşına 20 min dollar edir ki, İrəvanda buna babat mənzil almaq mümkündür.

Nazirliklərin təmsilçiləri də zamanında nümayiş etdirdikləri inqilabi şüura görə özlərini mükafatlandırırlar. Məsələn, maliyyə naziri Yeni il münasibəti ilə özünə 10 min dollar mükafat yazıb, çünki 1600 dollara bərabər olan aylıq maaşı onun üçün azlıq edib. Xaç atası olduğu gənci özünə müavin götürmüş maliyyə naziri öz mənəvi oğluna isə Yeni illə bağlı 14 min 500 dollar mükafat yazıb.

Məqalədə qeyd edilir ki, yeni komanda oliqarxlarla dil tapmaqda da köhnələrdən geri qalmır. Sadəcə, oliqarxlar yeni hökumətin möhkəmlənməsi üçün rəsmi və qeyri-rəsmi ianələrdən çəkinməməlidirlər.  Məsələn, baş nazir Nikol Paşinyanın xanımı Anna Hakopyanın yaratdığı “Təbəssüm şəhəri” fonduna 35 min dollar ödəmiş oliqarx Samvel Aleksanyan  özünə qarşı açılmış cinayət işini dayandıra bilib. Yeni hakimityyət onu təxminən 10 milyon dollar vergini dövlət büdcəsindən  yayındırmaqda günahlandırırdı. Aleksanyandan sonra oliqarxlar böyük həvəslə “Təbəssüm şəhəri” fonduna ianə verməyə başlayıblar və artıq fonda 2,3 milyon dollar vəsait toplanıb.

Paşinyan komandasının bu inqilabi rifah yüksəlişinin fonunda Ermənistan əhalisinin güzəranı pisləşir və əhali ölkəni daha yüksək sürətlə tərk edir. Məsələn, “Lragir”in yazdığına görə, Dövlət Statistikası 2018-ci ildə Ermənistanı 18 min adamın bir dəfəlik tərk etdiyini, yəni vətəndaşlıqdan çıxdığını  bildirir. Bu heç də əvvəlki illrədən az deyil, onda da rəsmi rəqəmlər 15-20 min ətrafında dəyişirdi.

Göründyü kimi, inqilabdan sonra Ermənistandan miqrasiya əslində sürətlənib və bunun da səbəbləri var - Paşinyan nazirliklərin sayını kəskin azaltdı və 20 min dövlət məmuru işsiz qaldı. Təbii ki, həmin adamlar iş tapa bilmədilər və əmək miqrantı kimi  Rusiyaya və başqa ölkələrə üz tuturlar. Paşinyan və komandası gəldikdən sonra kənd camaatının da güzəranı pisləşib, çünki inqilabi hökumət oliqarxlarla mübaririzə adı altında emal müəssisələrinin işini dayandırır, nəticədə, aqrar məhsullarının tədarükü dayanır və kəndlilərin bir mövsümlük məhsulu batır.

Bu kimi səbəblərdən  2018-ci ildə ölkədə doğum göstəricisi də aşağı düşüb - statistikaya görə, 2018-ci ildə Ermənistan cəmi 36,5 min uşaq doğulub, halbuki, 2017-ci ildə bu ölkədə 38 min, 2016-cı ildə isə 40,5 min uşaq doğulmuşdu. Göründüyü kimi güzəran pisləşdiyindən minlərlə ailə uşaq sahibi olmaqdan imtina edib.