Azərbaycan hərbi təyyarələrini havaya qaldırdı

22 Aprel, 2019 13:17 | Siyasət | Baxış sayı: 418
L-39
L-39

Bu sırada "Super Muşşak”, L-39 təyyarələri və "Mi" seriyalı helikopterlər var

Hərbi pilotlarımız “Super Muşşak”, L-39 təyyarələri və "Mi" seriyalı helikopterlərdə təlim-məşq uçuşlarına başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, intensiv məşqlər nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilir və Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotlarının peşəkarlığının yüksəldilməsi məqsədi daşıyır. 

“Super Muşşak” və L-39 təyyarələrinin taktiki-texniki xüsusiyyətləri və uçuş imkanlarını nəzəri cəhətdən tam mənimsəyən, trenajorlarda müvafiq məşqlər keçən gənc hərbi pilotlarımız artıq həmin təyyarələrdə və "Mi" seriyalı çoxməqsədli helikopterlərdə praktiki təlim-məşq uçuşlarını yerinə yetirməyə başlayıb.

Tapşırığa uyğun olaraq gənc hərbi təyyarəçilər pilotaj texnikası, marşrut uçuşları, qoşa və manqa ilə uçuşları məşq etdirir.