Paşinyanın fəlakətli məğlubiyyəti

22 Mart, 2019 14:05 | Siyasət | Baxış sayı: 737
Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan baş nazirinin son arqessiv hücumları

Ermənistan baş naziri Nikol Paşinyanın  reytinqi sürətlə düşür.

İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərj olunan "Past" qəzeti yazıb.

Belə ki, qəzet yaxın mənbə Ermənistan baş naziri üçün hakmiyyət tərəfindən gizli keçirilən sorğunun nəticələrini təqdim edib:

 “Bizim məlumatımıza əsasən, bu günlərə Paşinyana təqdim edilən sorğu nəticələri göstərib ki, baş nazirin reytinqinin əhəmiyyətli dərəcədə azalıb və 52-53% arasında dəyişir. Əlbəttə ki, belə bir göstərici hər hansı bir ölkə üçün olduqca yüksəkdir, üstəlik, istənilən bir hökumət üçün yalnız bir arzu ola bilər, amma bu, bizim hakimiyyəti narahat edib. Unutmamalıyıq ki, yalnız 10 ay əvvəl Paşinyanı əhalinin 90%-indən çoxu dəstəkləmişdi və 9 dekabrda keçirilən son parlament seçkilərində səslərin 70%-indən çoxunu götürmüşdü, yəni yalnız son üç ayda Nazirlər Kabinetinin tərəfdarlarının sayı 20% azalıb və 10 ay ərzində isə azalma 35-40% olub. Hökumət tərəfdarlarının reytinqi daha çox azaldığından burada Paşinyanın reytinqindən söhbət gedir, hökumətin fəaliyyətlərini respondentlərin təxminən 45 faizi dəstəkləyir. Bu nəticələr Paşinyanı ciddi narahat edib, narahatlıqlar və mətbuata, “Facebook” və digər məlumat platformalarına hücumlar bununla bağlıdır, diqqətini müəyyən populist addımlardan əhəmiyyətli mövzulardan uzaqlaşdırmağa çalışır. Belə görünür ki, hakimiyyətin nəzər-nöqtəsinə görə dekabrda keçirilmiş parlament seçkiləri apreldə keçirilsəydi "Mənim adım" bloku xeyli az səs alardı və parlamentə üç deyil, beş partiya daxil olardı, o cümlədən Ermənistan Respublika Partiyası və “ARF Daşnaksütyun” da”,- deyə qəzet vurğulayır.