Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru: Tramp Rusiyadan qorxur

22 Mart, 2018 11:35 | Siyasət | Baxış sayı: 70
Donald Tramp (ortada) Moskvada, solda Emin Ağalarov, sağda Araz Ağalarov
Donald Tramp (ortada) Moskvada, solda Emin Ağalarov, sağda Araz Ağalarov

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Brennan prezident Donald Trampın Rusiyadan niyə çəkindiyi barədə danışıb.

İstiPress "ren.tv"yə istinadən bildirir ki, Con Brennan Rusiyanın əlində Tramp barədə “nəsə olduğunu” deyib. Onun fikrincə, məhz kompromatın mövcudluğu Trampın Rusiya prezidenti Vladimir Putinə münasibətdə kifayət qədər isti münasibətini izah edir.

Xəbər verildiyi kimi Donald Tramp müşavirlərinin məsləhətinə baxmayaraq Putinə zəng vuraraq yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Bu telefon zəngi ABŞ mətbuatında Trampa qarşı yeni tənqid dalğasını başladıb və onun Rusiya ilə şübhəli əlaqələri barədə müzakirələri qızışdırıb. Tramp özü isə Putinə telefon zəngini və təbrikini əsaslandırmağa çalışaraq bunu Rusiya ilə ümumi dil tapmaq niyyəti ilə izah edib.