Kaddafinin oğlu: Atam Sarkozinin prezident seçilməsinə böyük pullar verib

22 Mart, 2018 10:57 | Siyasət | Baxış sayı: 60
Nikola Sarkozi
Nikola Sarkozi

Fransanın sabiq prezidenti Nikolya Sarkoziyə qarşı 2007-ci ildə prezident kampaniyasının Liviyadan maliyyələşdirilməsi ilə bağlı ittiham irəli sürülüb.

İstiPress-in "ren.tv"yə istinadən verdiyi məlumata görə, Liviyanın sdabiq rəhbəri  Müammar Kaddafinin oğlu Saif əl-İslam Kaddafi bu barədə şahid qismində ifadə verməyə razılıq verib. 

“Monde” qəzetinin yaydığı məlumata görə, keçmiş prezident 25 saat çəkən sorğu-sualdan sonra sərbəst buraxılsa da, məhkəmə nəzarəti altına alınıb.

Xatırladaq ki, N.Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub. Müxtəlif mənbələr keçmiş Liviya rəhbəri Müammar Kaddafinin onu prezident seçilməsinə 100 milyon avroya qədər vasait ayırıb.