Ərdoğanla Tramp telefonla danışacaqlar

22 Mart, 2018 15:07 | Siyasət | Baxış sayı: 38
Ərdoğan və Tramp - KOLLAJ
Ərdoğan və Tramp - KOLLAJ

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasınmda telefon danışığı olacaq.

İstiPress “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, telefon danışığı axşam saatlarında baş tutacaq. R.T.Ərdoğanla D.Trampın iki ölkə arasındakı əlaqələrin hazırki vəziyyətini, bölgədəki, xüsusən də Suriyadakı durumu müzakirə edəcəkləri gözlənilir.