Romada Azərbaycan üçün bina ayrıldı FOTO

22 Fevral, 2020 08:30 | Siyasət | Baxış sayı: 82
Bina
Bina

Prezident İlham Əliyev və xanımı bina ilə tanış olublar

İtaliyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və birinci xanaım Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar.

Bina ilə tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verilib ki, burada Azərbaycan Mədəniyyət Mərkəzinin, həmçinin səfirliyimizin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur.

Binada yüksək səviyyədə təmir-bərpa işlərinin aparılması planlaşdırılır.

Prezident İlham Əliyev binanın əsaslı təmir layihəsi və görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.