Prezident ailəsi ilə İtaliyadan qayıtdı FOTOLAR

22 Fevral, 2020 08:57 | Siyasət | Baxış sayı: 68
Roma meri ilə görüş
Roma meri ilə görüş

Səfərin son günü İlham Əliyev Roma meri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Roma şəhərinin meri Vircinia Raggi ilə görüşüb. İlham Əliyev İtaliyaya dövlət səfərinin nəticələrindən çox məmnun olduğunu bildirib.  Səfər çərçivəsində 25-dən çox sənədin imzalandığını vurğulayan dövlət başçısı qeyd etdi ki, Azərbaycan və İtaliya strateji tərəfdaşlardır. Bu strateji tərəfdaşlıq münasibətləri əlaqələrimizin bütün sahələrini əhatə edəcək.

Azərbaycan Prezidenti vurğuladı ki, Bakı və Roma arasında imzalanacaq bəyannamə şəhərlərimiz arasında əlaqələrin inkişafı üçün geniş imkan yaradacaq. Eyni zamanda, digər şəhərlərimiz arasında da belə əməkdaşlıq əlaqələri var.

Xanım mer Vircinia Raggi Romada arxeoloji qazıntılara verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib və bunu yüksək qiymətləndirdiklərini deyib. Görüşdən sonra dövlətimizin başçısı və Roma meri şəhərin qədim ərazisinin qalıqlarına baxıblar.

Ötən gün axşam saatlarında prezident və ailə üzvlərinin İtaliya səfəri başa çatıb.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı yola salıblar.