Meyiti neytral zonadan götürülən hərbçi dəfn edilir

22 Fevral, 2020 14:30 | Siyasət | Baxış sayı: 118
Dəfn mərasimi
Dəfn mərasimi

Akif Abbasovla vida Ağcabədidə keçirilir

Br neçə gün öncə meyiti neytral ərazidən götürülən hərbçi Akif Abbasov dəfn edilir. Dəfn mərasimi Ağcabədi rayonunda keçirilir. Onu nəşi doğulub boya-başa çatdığı evinə gətirilib.

A.Abbasov Ağcabədi rayonundakı Şəhidlər xiyabanında torpağa tapşırılacaq. 

Xatırladaq ki, Akif Elşən oğlu Abbasov bu ilin yanvar ayında itkin düşmüşdü. Fevralın 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tərəflərin müraciəti və razılaşması ilə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatı keçirilib.