Ayaz Mütəllibov: "Mən İlham Əliyevlə fəxr edirəm"

22 Fevral, 2020 10:13 | Siyasət | Baxış sayı: 116
Ayaz Mütəllibov
Ayaz Mütəllibov

Keçmiş prezident Paşinyanla debatdan danışıb

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Space telekanalındakı "Sadə həqiqətlər" verilişinin qonağı olub. Veriliş zamanı keçmiş dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı debatdan danışıb.

Ayaz Mütəllibov deyib ki, İlham Əliyevlə fəxr edir: “İlham Əliyevin Paşinyanı susdurması əslində qələbədir. Müzakirələr zamanı Prezidentin davranışı məni həyəcanlandırdı. Mən fəxr edirəm ki, Azərbaycanda belə bir şəxsiyyət var”.