İranda “Bəsic”in komandiri öldürüldü

22 Yanvar, 2020 14:46 | Siyasət | Baxış sayı: 64

Öz evinin qarşısında naməlum şəxslər tərəfindən qətlə yetirilib

İran “Bəsic” qüvvələrinin Şadeqan rayonunun komandir Əbdülhüseyn Modcdami qətlə yetirilib.

IstiPress-in məlumatına görə, Gənc Jurnalistlər Klubu yayıb. Onun Xuzistan vilayətində öldürüldüyü bildirilib.

Komandirin öz evi qarşısında naməlum şəxslər tərəfindən qətlə yetirildiyi vurğulanıb.

İran hakim dairələri insidentdən bir neçə saat sonra qətli törədən şəxsləri ələ keçirdiklərini açıqlayıblar.

Qeyd edək ki, “Bəsic” qüvvələri SEPAH-ın tərkibində yer alan könüllülərdən ibarət yarımhərbi təşkilatdır.