Ermənilərə baş nazirə şikayət etmək qadağan edildi

22 Yanvar, 2020 10:15 | Siyasət | Baxış sayı: 39
Yoxsul ermənilər
Yoxsul ermənilər

Parlamentdən yeni gülünc qanun

Ermənistan sakinlərinə qətiyyətlə baş nazirə və hökumətə şikayət etmək qadağan edilib. Bu barədə qanunu ölkə parlamenti qəbul edib.

Əvvəllər dövlət orqanlarının fəaliyyəti və ya fəaliyyətsizliyindən nazirliklərə, hətta baş nazirin özünə də şikayət etmək olardı. İndi isə yeni qanuna əsasən əhali şikayətlərini birbaşa narazı olduqları idarəyə göndərməlidirlər.

Hökumətdə hesab edirlər ki, bu çox önəmlidir. O həm baş naziri, həm də onun aparatının işini yüngülləşdirəcək, hər ay artan çox sayda şikayətlərdən azad edəcək.

Yerli müəxəssislər isə yazırlar ki, indi onların şikayət etmək hüququları da əllərindən alınıb. Buna baxmayaraq başqa dünyaya getmək şansları hələ də qalıb.

Xatırladaq ki, inqilabçı baş nazir Nikol Paşinyan məhz şikayətlər dalğası fonunda hakimiyyətə gəlib.