Azərbaycan qazilərinə örnək polkovnikin dəfni

22 Yanvar, 2018 16:36 | Siyasət | Baxış sayı: 684
Polkovnik Rahim Əliyevin dəfni
Polkovnik Rahim Əliyevin dəfni

Ağdərədən Lələtəpəyə qədər uzanan döyüş yolunun son akkordu

Təlim mərkəzlərindən birində məşğələ keçirilən zaman bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu polkovnik Rahim Əliyevin dəfninə Müdafiə Nazirliyinin yüksək çinli zabitləri qatılıb. 

İstiPress-in məlumatına görə,  polkovnik Rahim Əliyevi Bakıda, “Qurd Qapısı“ deyilən ərazidə - hərbçilərin qəbiristanlığında torpağa tapşırılıb. Dəfndə  müdafiə nazirinin müavini general leytenant Kərim Vəliyev, general-mayor Rasim Əliyev, polkovnik Abdulla Qurbani, nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı iştirak ediblər.

Polkovnik Rəhim Əliyev Azərbaycanın ilk mühəndis-istehkamçılarından olub. 1992-ci ildə Fred Asifin yaratdığı 859 saylı hərbi hissədə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Ağdərədən tutmuş Füzuliyə qədər neçə-neçə əməliyyatda iştirak edib. 2016-cı ilin aprelində Lələtəpə və digər ərazilərin azad edilməsində xüsusi xidmətləri olub. O, sağlığında Azərbaycanın “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. 

Allah rəhmət eləsin!

Rahim Əliyev - polkovnik, Qarabağ döyüşlərinin iştirakçısı
Rahim Əliyev - polkovnik, Qarabağ döyüşlərinin iştirakçısı