Rusiya ermənilərin "nəfəs"ini kəsəcək

21 Dekabr, 2018 10:12 | Siyasət | Baxış sayı: 278
Qaz boru xətti
Qaz boru xətti

Yanvarın 1-dən ermənilər üçün hazırlanan "sürpriz"

Bu qış ermənilərin vəziyyəti daha da pis olacaq. Rusiya baş nazirin müavini Dmitri Kozak erməni rəhbərləri gələn ildən Ermənistan üçün Rusiya qazının min kubmetrinə görə 215 dollar tələb ediləcəyi barədə xəbərdar edib. Bildirilib ki, bu məsələ müzakirəyə açıq deyil.

Bu barədə “168 Jam” qəzeti öz mənbələrinə istinadla yazıb. Nəşr əldə etdiyi informasiya ilə bağlı ölkə rəsmilərindən məlumat almaq istəsə də buna nail ola bilməyib. Onlar çox məşğul olduqlarını deyərək bu barədə danışmaqdan imtina ediblər.

Qeyd edək ki, bu il Ermənistan qazın min kubmetri üçün 150 dollar ödəyib. Mavi yanacağın qiymətinin artacağı çoxdan bəlli idi. Bu erməni güc sturukturlarının “Qazprom”un İrəvandakı törəməsinə hücumundan sonra aydın idi. Nikol Paşinyanın korrupsiya ilə mübarizə barədə əmrini yerinə yetirən polislər görünür ki, çox böyük səhv ediblər. Nəticədə isə biznes maraqları zədələnib.

Dekabr ayının 31-də Rusiya qazının Ermənistana nəqli barədə razılaşamanın müddəti başa çatır.

Rusiya prezidenti Vladimir Putin ötən gün keçirdiyi mətbuat konfransında erməni jurnalistin sualına cavabında bildirib ki, yaxın zamanda bütün sualları Nikol Paşinyanla müzakirə edəcək. Belə ki, onun gələn həftə Moskvaya səfəri nəzərdə tutulub.

Onun bu sözləri xalçaya çağırış kimi səslənib. İrəvanda Rusiya prezidentinin hələ də Paşainyanı parlament seçkisindəki qələbəsinəı görə təbrik etməməsindən çox narahatdırlar. Görünür ki,  Ermənistan hökumətinin yeni rəhbərliyinin özünə kimi qurulan sistemi dağıtması Moskvanın xoşuna gəlmir.

Paşinyan Kreml sarayında özünü çətin ki, rahat hiss etsin. Çünki sözləri ilə əməlləri heç vaxt üst-üstə düşmür. Gah deyir ki, "bu gün bizim Rusiya ilə əlaqələrimiz ən yaxşı səviyyədədir", gah da Rusiyanın Ermənistandakı biznesinə mane olur.  

Baş nazir vəzifələrini icra edən şəxsin bəzi iddialarını isə şərh etmək çox çətindir. O, dəfələrlə bildirib ki, Ermənistan müstəqil ölkədir və öz xarici siyasətini həyata keçirir. Amma hər kəs bilir ki, bu kiçik ölkə tamamilə Rusiyadan asılıdır.