Pentaqon rəhbəri istefa verir

21 Dekabr, 2018 08:53 | Siyasət | Baxış sayı: 39
Ceyms Mettis və Donald Tramp
Ceyms Mettis və Donald Tramp

General fərqlənmə ilə təqaüdə çıxır

ABŞ-ın müdafiə naziri Ceyms Mettisin 2019-cu ilin fevral ayının sonunda istefa vermək niyyətində olduğunu bildirib. Bu barədə prezident Donald Tramp məlumat verib. O, bu barədə öz "Twitter" səhifəsində yazıb.

"General Mettis mənim administrasiyamda müdafiə naziri postunda iki illik xidmətdən sonra fevralın sonunda fərqlənmə ilə təqaüdə çıxacaq".

ABŞ prezidenti bildirib ki, Mettis ona fəaliyyətində çox köməklik göstərib, xüsusilə də "müttəfiqləri və digər ölkələri üzərilərinə düşən öz hərbi öhdəlik paylarını ödəməyə məcbur etməkdə".

Pentaqonun yeni rəhbəri vəzifəsinə namizədin adı tezliklə açıqlanacaq.