Ermənilər Moskvada etiraza hazırlaşırlar

21 Dekabr, 2018 13:22 | Siyasət | Baxış sayı: 77
Robert Koçaryan
Robert Koçaryan

Onlar Köçaryanın həbsinə etiraz edəcəklər

Ermınistanın Rusiyadakı səfirliyi əhalini diplomatik missiya önündə keçirilməsi planlaşdırılan aksiyalarda iştirak etməməyə çağırıb.

Aksiya Ermənistanın eks-prezidenti Robert Köçəryanın tərəfdarları onun həbsinə etiraz əlaməti olaraq keçirmək istəyirlər. Səfirlik mitinqdə iştirak edəcək insanları Rusiya qanunvericiliyinin bütün tələblərinə tabe olmağa və yanlış hərəkətlər etməməyə çağırıb.

Artıq aksiyanın vaxtı da bəllidir - 22 dekabr.

Xatırladaq ki, Ermənistan məhkəmə sistemi yay aylaçrında saxlanılan, sonra isə azad edilən keçmiş prezidentin yenidən həbsi barədə qərar verib. Hakimlər hesab edirlər ki, o istintaqa mane ola bilər.