Erməni parlamentində qalmaqal, deputatlar stollara vurdu, salonu tərk etdi

21 Dekabr, 2017 10:55 | Siyasət | Baxış sayı: 108
Ermənistan parlamenti
Ermənistan parlamenti

Spiker qanuna düzəlişi yetərsaysız qəbul edib

Ermənistan parlamentindəki səsvermə qalmaqala çevrildi. İstiPress-in erməni mətbuatına istinadla verdilən məlumata görə, müxalifət salonu tərk etməli olub.

Növbədənkənar iclas zamanı məhkəmə kodeksinə dəyişiklik müzakirəyə çıxarılıb. Bu zaman erməni deputatlara arasında mübahisə düşüb. "Yelk" və "Tsarukyan" franksiyalarının üzvləri düzəlişlərə etiraz ediblər. Onlar deyiblər ki, yeni qanun vətəndaşların mühakimə üsuluna əlçətanlıqlarını məhdudulaşdırır və həmkamrlarını səsvermədə iştirak etməməyə çağırıblar. 

Yetərsay üçün lazım olan 63 səsdən 61-i toplanılıb. Bundan sonra spiker Ara Babloyan deyib ki, texniki nasazlıq olduğu üçün deputat Rüstəm Mahmudyan səs verə bilməyib, iclasa qatılmayan vitse spiker Arpine Ovanisyan isə öz dəstəyini bildirib. Bununla da yetərsaysız olsa da, düzəlişlər qəbul edilib. 

Müxalif deputatlar isə buna etiraz edib, təkrar səsvermə tələb ediblər. Mübahisəyə baxmayaraq babloyan heç nəyə fikir vermədən iclası davam edib. Etiraz əlaməti olaraq "Yelk" üzvləri stollara vurmağa başlayıb, ona mane olubla r. Sonr aisə salonu tərk ediblər. "Tsarukyan" da onlara dəstək nümayiş etdirib.