Prenzident də tədbirdə çıxış edib
Bakıda, Heydər Əliyev Mərkəzində “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edir.
Dövlət başçısının sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə əlaqədar keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.
Beynəlxalq konfransda 40-a yaxın ölkədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumət, ictimaiyyət və parlament üzvləri, diplomatik korpusun nümayəndələri iştirak edirlər.
Konfrans müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb. İlham Əliyev konfransda çıxış edib.
Moskva havadan müdafiə sistemini İsrailə uduzmasından çox narahatdır
ABŞ-ın S-400 narahatlığı
İlham Əliyev müharibədə şəhid olan və itkin düşənlərlə bağlı fərman verdi
"İçəri girən kimi məni tutub suladılar"