Azərbaycanın Türkiyədən alacağı reaktiv silah

21 Dekabr, 2017 19:31 | Siyasət | Baxış sayı: 588
SOM J raketləri
SOM J raketləri

Azərbaycan Türkiyə istehsalı olan reaktiv raket mühərriklərini  almaq niyyətindədir.

İstiPress-in məlumatına görə, bu barədə türk hərbi eksperti Metin Gürcan ingilis dilli jurnal “Al-Monitor” üçün yazdığı məqaləsində qeyd edib.

Onun sözlərinə görə, SOM-J raketlərində Türkiyə istehsalı olan turboreaktiv mühərrik istifadə edilib.

“Türkiyə  SOM-J raketlərin ilk dəfə 2018-ci ildə sınaqdan keçirəcək”,- deyə Metin Gürcan bildirib.