Azərbaycan Aİ danışıqlarının vaxtı bilindi

21 Dekabr, 2017 08:37 | Siyasət | Baxış sayı: 46
Avropa İttifaqı
Avropa İttifaqı

İclas fevralda olacaq

Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasının vaxtı bilinib. İclas  2018-ci il fevralın 9-da Brüsseldə keçiriləcək. Bu barədə bu gün Avropa Xarici Əməliyyatlar Xidmətinin Avropa Komissiyası ilə birgə yaydığı Azərbaycana dair hesabatında deyilir.

Hesabatda həmçinin qeyd edilir ki, Aİ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycanı özünə vacib tərəfdaş hesab edir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərini, habelə sülh, etimad və münaqişəsinin qarşısını almaq tədbirlərini dəstəkləyir.