Əsəd 4 saat Putinlə nə danışdı? YENİLƏNİB

21 Noyabr, 2017 14:20 | Siyasət | Baxış sayı: 248
V.Putin və B.Əsəd
V.Putin və B.Əsəd

Ərdoğan da bu gün Rusiyaya gedir

Rusiya prezidenti Vladimir Putin Suriya lideri Bəşər Əsədlə bu günki görüşü barədə amerikalı həmkarı Donald Trampa məlumat verəcək. Bu barədə Kremlin mətbuat xidmətindən açıqlama verilib. Trampla Putin rasında telefon danışığı bu gün baş tutmalıdır. 

Qeyd eədk ki, Putin Əsədlə görüşündə onu terrorçularla uğurlu mübarizə aparması münasibət ilə təbrik edib. Əsədin Rusiya səfəri 4 saat davam edib. Suriya prezidenti siyası həll axtaran tərəflərlə danışıqlar masasında oturmağa hazır olduğunu deyib. O, həmçinin Rusiyanın Suriyanın mübarizəsinə dəstək verdiyinid eyib və bu dəstək üçün onlara təşəkkür edib. 

Sabah Soçidə Türkiyə və İran prezidentlərinin də iştirakı ilə zirvə toplantısı olacaq. Toplantının əsas gündəmi Suriyadakı vəziyyət olacaq.

Saat 09:50

İllərdir ölkəsində savaş gedən Suriyanın prezidenti Bəşər Əsəd Rusiyaya səfər edib. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Suriya rəhbəri Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Putin həmkarını terrorizmlə uğurla mübarizə apardığı üçün təbrik edib. O, deyib ki, Suriya xalqı olduqca çətin bir sınaqdan keçir və terrorçuların sonu yaxınlaşır. 

Xatırladaq ki, bu gün Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya lideri Vladimir Putin və İran prezidenti Həsən Ruhani Suryadakı vəziyyəti müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək.

Vladimir Putinlə Bəşşar Əsəd sonuncu dəfə 2015-ci il oktyabrın 21-də Moskvada görüşüblər.