Paşinyan yenidən Azərbaycanla danışıqlardan imtina etdi

21 Oktyabr, 2020 17:28 | Siyasət | Baxış sayı: 217
Nikol Paşinyan
Nikol Paşinyan

Hazırda Dağlıq Qarabağ münaqişəsinin diplomatik həll yolu yoxdur.

İstiPress-in məlumatına görə, bunu Ermənistan baş naziri Nikol Paşinyan Facebook səhifəsində etdiyi canlı yayımda deyib.

"Biz aydın şəkildə başa düşməliyik ki, Qarabağ məsələsinin bu mərhələdən başlayaraq diplomatik həll yolu yoxdur", - Paşinyan qeyd edib.