Suriya erməniləri öz vətənlərindən imtina elədi

21 Oktyabr, 2019 11:23 | Siyasət | Baxış sayı: 218

Ermənilər Bəşər Əsədin təklifi ilə də razılaşmayıblar

Suriyada Türkiyənin nəzarətə götürmək istəydiyi 32 kilometrlik sülh zolağına düşən Qamışlı şəhərində hazırda 3800-4000 erməni yaşayır.

İstiPress-in məlumatına görə, İrəvanda dərc oluna "Jamanak" qəzeti hazırda kürdlərin nəzarəti altında yaşayan həmin ermənilər Bəşər Əsəd hakimiyyətindən və İrəvandan edilən köç təklifindən imtina edərək Türkiyənin nəzarətində olacaq sülh zolağında qalmağa üstünlük veriblər.

Türkiyənin şimali Suriyada nəzarətə götürəcəyi ərazilərə Qamışlı da daxildir
Türkiyənin şimali Suriyada nəzarətə götürəcəyi ərazilərə Qamışlı da daxildir

Bəşər Əsəd hakimiyyəti onları Rusiya ordusunun nəzarətində olan Hələb şəhərinə köçürmək istəyib. Lakin ermənilər imtina ediblər. Daha sonra onlara Ermənistana köçmək təklif edilib. Lakin Suriya erməniləri bundan da imtina ediblər.

"Onlar bu təklifdən də imtina ediblər, bildiriblər ki, Ermənistanda vəziyyətin necə olduğunu çox yaxşı bilirlər",- deyə "Jamanak" qəzeti yazır.