Prezident Hacıbala Abutalıbovu işdən çıxardı

21 Oktyabr, 2019 16:43 | Siyasət | Baxış sayı: 493
Hacıbala Abutalıbov
Hacıbala Abutalıbov

Baş nazirinin müavini haqqında sərəncam imzalanıb

Prezident İlham Əliyev Hacıbala Abutalıbovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb. Sərəncamda deyilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bu gün prezidenti İlham Əliyev Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.

Xatırladaq ki, H.Abutalıbov 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub. 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Baş nazirin müavini vəzifəsində çalışıb. 

2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

21 aprel 2018-ci ildə isə yenidən Baş nazirin müavini vəzifəsinə təyinat almışdı.